Azərbaycan və Ermənistan arasında yenidən atışmalar başlayıb. Günlərdir hər iki tərəfdən də onlarla insan mənasız bir müharibənin qurbanına çevrilib. Biz bu müharibədə hər iki tərəfdən təqsirsiz şəkildə qətlə yetirilən insanların küt bir müharibədən dolayı həyatlarını itirdikləri üçün çox təəssüf edirik və anti-avtoritar feministlər olaraq hər iki tərəfdəki bu millətçi ideologiyaya, müharibəyə etiraz edir, qarşı çıxırıq!
Militarizm birbaşa azad insan anlayışını rədd edir; militarizmdə qul – maşınvari, təhkimlilik yarasına tutulmuş itaətkar və intizamlı varlıqlar olmalıdır ki, başçıların verdikləri əmrə tabe olub hərəkət etsin, atəş açsın və öldürsünlər. İnsanlar onilliklərdir davam edən kökündə militarizm ideasının dayandığı bu beyinyuma prosesinin nəticəsi olaraq nə edirlər?! Atışmalardan sonra hər iki tərəfdən millətçi insanlar qarşı tərəfdən daha çox insanın öldüyü, digər tərəfə daha çox zərər gəldiyi xəbərinə sevinib müharibə eyforiyasına düşürlər. Bu insanlar xarici ölkələrdəki səfirliklərin qarşısıda toplaşaraq bayraq yelləyib “məhlə-məhlə” “söbəti” edirlər. Afərin, rollarınızı gözəl oynadınız. İndi dağılışın.
Sizə bir hǝyat anlayışı, bir dǝyǝrlǝr sistemi, bir yaşam tǝrzi, bir tǝfǝkkür forması, bir hǝqiqǝt rejimi təlqin edilir, bunlar beyninə filtirsiz şəkildə birbaşa yuxarılardan yeridilir. Robortlar kimi qoyulmuş bu iylənmiş dəyərlər sistemini izləyirsiniz. N Nəticədə, dövlətin istǝdiyi kimi hiss edir, onun istǝdiyi kimi fikirləşir, onun istǝdiyi kimi davranırsınız. Dövlət istǝyǝndǝ ölməli, o istǝyǝndǝ yaşamalısınız. Sizin həyatınız birbaşa dövlǝt tǝrǝfindǝn ələ keçirilib idarə edilir.
Müharibə barmaqla sayılacaq qədər az sayları olan hökmranlıq edənlərin var olmasını təmin edir və 2002 təvəllüdlü insanların ölümü ilə həyatda saxlanılır. Digərləri isə kədərlərini “əsgərlər öldü, eybi yox, başın sağ olsun, vətən” cümləsilə ifadə edirlər. Necə də absurt cümlədir! “Vətən” uğrunda isə kimlər ölür? 2002 təvəllüdlü özünü hələ yeni dərk etməyə başlayan insanlar. Təsəvvür eləyə bilirsiniz?! Torpağa görə?! Vətən sağ olsun?!
Biz hazırda diqqətimizi Azərbaycan və Ermənistan kimi patriarxal dəyərlərin at oynatdığı, sosial siniflərarası uçurumun olduğu, rifahın çox kiçik bir insan qrupunun əlində toplandığı ölkələrdə siniflərin müharibəsinə və bununla əlaqədar yaradılmış iyerarxik əbləh dəyərlərə, avtoritar qurumlara, bütün sosial patrirxal vəhşiliklərə qarşı mübarizəyə yönləndirilməliyik.
Liberal pasifizmdən fərqli olaraq bizim mübarizəmiz heç zaman dövlət anlayışının əsasında dayandığı militarist siyasətin tərəfini saxlamayacaq. Biz əminik ki, hər iki tərəfdən də Ermanistan və Azərbaycanın militarist siyasətini dəstəkləməyən və ona etiraz edən insanlar var və biz bu insanlarla həmrəyik, onların mübarizələrini dəstəkləyirik. Mövcud müharibə səylərinə biz öz həmrəyliyimizlə qarşı çıxırıq!
Millətçilər, torpaq istəyirsiniz? Bəlkə qan? Budur, əlimizdədir. Götürün, bəlkə boğazınızda qalar.
Milliyyətçiliyə, militarizmə və müharibəyə qarşı!
Antimilitarist Feminist Kollektiv RSB