Niyə rizom?

Rizom sözü biologiya elmlərində rast gəlinir və torpaq altında bitən zoğ, rişə mənasını daşıyır. Sözün özü mənbəyini yunancada olan rhizoma’dan götürüb, kök salmış mənasına gəlir. Alaq otları kimi olan bitkilərin rizomları olur. Bu köklər asan yayılır və yayılmasının qarşısı çətinliklə alınır. Fərqi yoxdur, o harda kəsilirərsə kəsilsin, başqa bir yerdə yenə meydana çıxıb, yenidən yayıla bilər. Onun kök hörgüləri yer üzərindəkinə nisbətən yer altında görünmədən, təsəvvür edilməyəcək qədər uzuna bilir.

Rizom hər nöqtənin bərabər olduğu mərkəzsiz bir şəbəkədir ki, bu şəbəkə bizim hetrarxik (iyerarxik olmayan) həmrəylik anlayışımızı özündə əks etdirir. Rizom kəsildiyi zaman belə hələ də həyat qabiliyyətini itirmir biz düşünürük ki, rizomun metaforası bu anlamda fərqli ölkələrdə mübarizənin hər birinin davamlılığını simvollaşdırır. Hətta əgər mübarizələr birbirlərilə birbaşa əlaqələri olmadan davam etsə belə, biz rizomun həmin hörgüləri kimi birbirimizlə bağlıyıq.

Fikrimizcə, mübarizənin görünməyən əlaqəsi ortaq kəsişmə nöqtələri, ortaq dəyərlər vasitəsilə rizom şəbəkəsini yaxşı təsvir edir.

Patriarxat, kapitalizm və dövlətə qarşı mübarizələrimiz arasında əlaqə ilk baxışdan görünməz ola bilər, lakin daha dəqiq nəzər saldıqda bu mövzularının müxtəlif səviyyələrdə birbirilərilə əlaqəsinin danılmaz olduğunu görə bilərik. Bir rizom kimi biz müxtəlif mübarizələr arasında bir şəbəkə qurmaq istəyirik, xüsusən də Cənubi Qafqaz ölkələri: Gürcüstan, Ermənistan və Azərbaycan arasında. Bizim məqsədimiz bir rizom kimi mübarizəmizin hər bir nöqtəsinin bir-birilə əlaqəli olmasına töhvə verməkdir!