Biz müxtəlif kultural keçmişə sahib, amma feminizm nöqtəsində bir araya gələn bir neçə qadından ibarət bir qrupuq.
Bizə görə feminizmin tərifi ilk növbədə antipatriarxal bir münasibətdən ibarətdir. Yəni cəmiyyətdə mövcud patriarxiya yalnız bütün ictimai münasibətlərin dəyişimi vasitəsilə ləğv edilə bilər. Bu, bir dövlətin dar sərhədləri daxilində bərabər hüquqlar üçün mübarizə deyil, bu, həm də nasional zəncirlərin radikal bir şəkildə məhv olması mübarizəsidir.
İstəyimiz QLTİ*1 insanları öz mübarizələrində şəbəkələnməsi və bir–birlərinə dəstək olmasıdır. Buna görə də biz öz mübarizəmizi internatsional adlandırırıq, baxmayaraq ki, internasional sözü pozitiv şəkildə nasion, yəni millət sözünə istinad edir. Biz mövcud millətçi dövlətlərin reallıqlarını gözardı edə bilmədiyimizə görə bu anlayışı istifadə edirik, ancaq qəti şəkildə millətçi dövlət təşkilatlanmasını rədd edirik.
Bununla yanaşı biz ikili cins kategoriyasını rədd edirik, çünki bu, bir çox insanın gündəlik reallıqlarına uyğun gəlmir. İkili cins kategoriyası ucbatından insanlar öz gündəlik həyatlarında təzyiqlərə məruz qalırlar. Bizə görə, bu, sadəcə cəmiyyətdə yaradılmış bir konstruktdur.
Biz özümüzü antimilitaristik bir qrup olaraq görürük. Biz dövlətin güc monopoliyasını rədd edir, onun legitim şəkildə öz gücündən əhalinin müdafiəsi üçün yox, dövlət, başqa sözlə güc sahibi insanların maraq və resurslarının qorunması üçün istifadə olunduğu qənaətindəyik. Əgər dövlət maraqları təhlükə altına düşərsə, bu zaman öz əhalisinə və digər dövlətlərə qarşı güc tətbiq etmək mexanizmi işə düşür. Bu zaman insan resurslarının vasitə kimi istifadəsinin o qədər də önəmi olmur, çünki insanlar milliyətçi, iyerarxik ideologiya ilə monipulasiya olduqları üçün xalqa qarşı dövlətin güc monopoliyasının müdafiəsi haqlı çıxarılır ki, dövlət özü məqsədyönlü şəkildə bu ideologiyanın bilavasitə yaradıb, onu ayaqda saxlayanıdır. Buna görə də militarizm və millətçilik, bizim fikirimizcə, bir–birlərindən ayrılmaz qövmlərdir.
Biz bütün kapitalizm və onunla əlaqəli olan mexanizimləri – istismarı, rasizmi, seksizmi– əsaslı şəkildə rədd edirik.
Biz nə istəyirik?
Məqsədimiz, Cənubi Qafqazda feminist mübarizələrə tövhə vermək, bu haqda medial əlaqələndirməkdir. Bizim üçün ən önəmlisi antikapitalizmi, antinasionalizmi, antimilitarizmi ehtiva edən bütün mübarizələri patriarxiyaya qarşı bir mübarizə kimi yönləndirməkdir. Hər bir feminist mübarizə mövzusu müxtəlif milliyətçi dövlətlərdə bir-birlərinə bənzərdirlər, lakin eyni zamanda eyni mübarizə deyillər. Bu ziddiyyətləri işıqlandırmaq və mübarizədə birgə düşünməyi mümkün qılmaq bizim məqsədimizdir.
1QLTİ – Qadın*, Lesbian*, Trans* və İnter*