Gürcüstan, Ermənistan və Azərbaycanda feminist mübarizələr

28.10.2019 tarixində Cənubi Qafqazda feminist mübarizələrlə bağlı tədbir baş tutmuşdur. Məqsədsədimiz bölgədəki mövcud vəziyyət haqqında məlumat verməklə regiondakı feminist mübarizələrin görünümlüyünə töhvə verməkdir.

 

Birgə mübarizə – birgə təşəbbüs

Feminist mübarizələr müxtəlif dövlətlərdə eyni olsa da, bu mübarizələri tamamilə eyni adlandırmaq olmaz. Cənubi Qafqazda patriarxat özünü hansı formada göstərir? Oradakı yerli feministlər hansı mövzularla məşğul olurlar?

Tədbirimizin məqsədi Cənubi Qafqaz feministlərinin mübarizəsini daha da görünür etmək, mübarizədə birgə düşünməni mümkün qılmaq və eyni zamanda Almanyanın bu vacib geopolitik regionla əlaqələrini göstərməkdir. Bundan əlavə, keçirdiyimiz tədbir vasitəsi ilə patriarxatın necə bütün dünyadakı FLİNT*- Qadın*, Lesbian, İnter*, biner olmayan və Trans* insanların qısaldılmış adıdır- insanlara hücum etdiyini göstərmək istəyirik. Bu hücumlar özünü müəyyən mənada region, cəmiyyət və sistemlərdən aslı olaraq müxtəlif cür biruzə verə bilər, lakin onun kapitalizm və millətçiliklə əl-ələ olan patriarxatla əlaqəsi danılmazdır.


Patriarxiya, kapitalizm və dövlətlər mövzusunda müzakirələrə başlamaq, internasional həll yollarını tapmaq, bu komponentlərin qarşılıqlı aslılığını görsətmək və onları gündəlik mübarizələrimizin kontekstinə çevirmək üçün bu barədə danışmalıyıq. Biz feminist qüvvələrin beynəlxalq əməkdaşlığı sayəsində Cənubi Qafqazda şəbəkələşmə yaratmaq və təşkilatlanmaq, bununla da mövcud mübarizələrə pozitiv bir perspektiv vermək istəyirik.

Məqsədimiz bir rhizom (rişə) kimi mübarizələrimizin hər bir nöqtəsinin bir-birilə əlaqəli olmasına töhvə verməkdir!

Rhizom Schwarzer Bete Kollektivi

Facebook: https://www.facebook.com/events/630440667488068/

This entry was posted in Azərbaycanca and tagged , , , , , , , , , . Bookmark the permalink.