Rojavada qadın* inqilabı baş verir. Orada patriarxat ilə mübarizə və ictimai emansipasiya naminə fəal mübarizə aparılır. Ancaq Türkiyənin Şimal və Şərqi Suriyadakı özünüidarəetmə prinsiplərinə əsaslanan bölgələrə hücumlarından bu yana mübarizə cəhdlər ciddi risk altındadır.
Bizim həmrəyliyimiz orada qurulmuş strukturlardan və xüsusilə Rojavadakı qadın*ların qazandıqları uğurlardan qaynaqlanır.
Rojavada qadın*lar cəmiyyətin bütün sahələrində iştirak edirlər. Qadın*ların bütün məsələlərdə qərar verən, bərabər, müstəqil siyasi bir mütəşəkkil qruplaşması mövcuddur. Yalnız qadın*lar özləri öz narahatlıqları barədə qərar verir və patriarxal sistemin istədiyi kimi yox, məhz olmaq istədikləri kimi qadın* olmaq üçün fəal çalışırlar. İqtisadi baxımdan da qadın*lar müstəqil şəkildə mütəşəkkilləşirlər. Yalnız qadın*lar tərəfindən idarə olunan kooperativlər yaradılıb ki, bu da onları iqtisadi baxımdan azad edir. Legitim özünümüdafiə üçün yalnız qadın*lardan ibarət özünümüdafiə dəstələri -YPJ- mövcuddur.
Oradakı qadın*lar yalnız bütün sahələrdəki avtanom təşkilatlanma vasitəsilə emansipasipasiyanı və qadın*ların özləri yaxşı hesab etdikləri şəkildə birgə yaşam tərzini formalaşdırmağı bacardılar. Ona görə də onlar bizim üçün bir model nümunəsidir. Onlar öz mübarizələri ilə bütün dünyadakı qadın*lara özlərini gücləndirməyə töhvə verir, güc və cəsarət aşılayırlar.
Rojavadakı qadın*ların muxtar təşkilatlanmasının digər praktik nümunəsi isə yalnız qadın* və uşaqların yaşadığı Jinwar kəndidir. Bu yer qadın*ların həyatlarını öz bildikləri kimi təşkil etdikləri, patriarxatdan qorunma tapdıqları bir yerdir. Bu yer eyni zamanda cəmiyyətin qalan hissəsinə daha güclü təsir etmək üçün bir başlanğıc nöqtəsidir.
Bu müasir patriarxal-kapitalist dövrdə bir qadın* olaraq özünə gəlmək üçün bir-birimizi maarifləndirə, müzakirə edə biləcəyimiz, kooperativ davranışını formalaşdıracağımız məkanlara ehtiyac duyuruq. Çünki qadın* azadlığı bir-birimizi qarşılıqlı dəstəklədiyimiz məqamlarla mümkündür, ki, başqa bir dünya yarada bilək! Həm qüvvə, həm də qoruma təmin edən məkanlar.
Cəmiyyətin azadlığı qadın*ların azadlığından asılıdır. Anlamalıyıq ki, qadın* azadlığı uğrunda fəal mübarizə aparılmalıdır: indi və hər yerdə!
Qadın*ların inqilabı olmadan inqilab mümkünsüzdür!
Türkiyə ordusunun oktyabrdan bəri Şimali və Şərqi Suriyadakı avtonom özünüidarəetmə prinsiplərinə əsaslanan bölgələrə hücumları təkcə hərbi hücum deyil. O, həm də kapitalist-patriarxal sistemin cinslərin azadlığına və hər baxımdan azad edilməyə cəhd edən bir cəmiyyətə etdiyi hücumdur. Kapitalist imperatorların və dövlətlərin patriarxları fərqli olmalarına baxmayaraq özlərini bu kimi özünüidarəetmə layihələrindən qorumaq üçün hücum məsələsində həmfikirdirlər. Çünki itirəcəkləri çox şey var: hakimiyyət gücləri, təsir və təzyiq gücləri, kişi hökümranlığı. Biz onlara təhlükə yaratdığımız üçün müdafiəyə keçirlər. Qoy qorxsunlar, qoy elə tir-tir əssinlər!
Onlar bizi öldürə bilərlər, amma Rojavanın bizə verdiyi fikri öldürə bilməzlər.
Toxumlar artıq bütün dünyaya yayılıb!
Bütün dünyada insanlar, xüsusilə qadın*lar, Rojava və öz azadlıqları uğrunda mübarizədə birləşirlər!
İstər Almaniyada, istər Rojavada, istər Ermənistanda, Gürcüstanda, istərsə də Azərbaycanda, hər yerdə patriarxat hər gün qəzəblənir və bizə hücum edir. Ancaq Rojava nümunəsi birlikdə mübarizə apardığımız halda güclü olacağımızı göstərir! Birlikdə naliyyətə çata və istədiyimiz dünyaya qovuşa bilərik!
Səsinizi qaldırın, dostlarınızla danışın, müzakirə edin və təşkilatlanın!
Avtonom qadın* komitələri yaradın və cəmiyyətdə özünüzə haqq bildiyiniz yerləri tutun!
Birgə mübarizə, birgə təşəbbüs – beynəlxalq qadın* inqilabı üçün biz nümunəvi Rojavadakı qadın*larla həmrəyik!
Jin Jiyan Azadi
Çünki mübarizə aparan qadın*lar yaşamağı bilən qadın*lardır!
Qeyd: Ulduz işarəsini istifadə etməkdə məqsədimiz dildə “qadın” və “kişi” məvhumlarından istifadə etsək də ikili cins sistemini rədd etdiyimizi və onların sosial konstrukt olduğunu göstərməkdir. Konstrukt sosial reallıqlar haqqında danışmaq və hadisəyə aydınlıq vermək üçün, təəssüf ki, bu spektrum içərisində eyni sözləri istifadə etməliyik, ancaq ulduz işarəsilə məzmuna yeni bir tərif verməyi də vacib sayırıq.