Qadınlara qarşı zorakılığın kədərli hekayələri cəmiyyətdəki ənənəvi zehniyyət və dövlət strukturlarının bu hadisəyə susması ilə birlikdə artır. Zorakılıq nəinki bədənə zərər verir, həm də qadınların özgüvənini və mübarizələrini zəiflədir və məhv edir. Bir çox qadın bu vəziyyətlərdən çıxa bilmir, çünki qadınlara qarşı zorakılıq patriarxal cəmiyyət sistemidir və bu sistemə etiraz etmək və ayağa durmaq üçün cəsarət tələb olunur.
Patriarxal dövlət kapital və mülkü qoruyur, ancaq bir qadının məişət zorakılığı zəminində həbs edildiyi, döyüldüyü, təcavüz edildiyi və ya hətta öldürüldüyü zaman susur.
Dövlət ataxaqanlığı qoruyur. Bununla da ənənəvi, millətçi və mühafizəkar düşüncələrlə yanaşı dövlətin avtoritarlığı güclənir və qadınlara siyasi və sosial təzyiq artır. Zorakılıq dini, ənənəvi ön mühakimələrlə, diskriminativ qaydalar və qanunlarla əsaslandırılır. Bu qaydalar cəmiyyəti dərin sarsıdan, yaralayan və parçalayan böyük bir problemdir. Struktual zorakılıq az olsa idi qadına qarşı hər cür mənəvi və fiziki zorakılıq az olardı.
Sosial təcavüz, azad qadının məmnuniyyət hissilə gözümçıxdıya salınması, iqtisadi azadlığın olmaması, evləndikdən sonra boşanmanın ayıb kimi qəbul edilməsi əsasən məişət zorakılığından əziyyət çəkən qadınların çox vaxt bu vəziyyətdən boyun qaçıra bilməmələrinin səbəblərindən bir neçəsidir. Qadınlara qarşı zorakılığın sosial qəbulluğu zorakılığın gizlədilməsinə münbit şərait yaradır və zorakılıq halları getdikcə görünməz hala gəlir.
Biz mənəvi, fiziki, cinsi, struktural zorakılığı yaşamış qadınlarıq!
Biz namus cinayətləri ilə həyatını itirən yüzlərlə susdurulmuş qadınlarıq!
İşləmək istədiyimiz üçün yaxud axşamlar küçəyə çıxdığımıza görə cinsi, fiziki hücumlara məruz qalmış qadınlarıq!
Biz bakirəliyimizin bizim qiymətləndirilməsinə təsir etmiş qadınlarıq.
Biz dövlət orqanları və cəmiyyət tərəfindən cinsi oriyentasiya və cinsi kimliyimizə görə polis bölməsində cəsarəti qırılmış və təcavüz etmiş qadınlarıq!
Yaşadıqlarımız patriarxal ənənə, istismar, işsizlik, yoxsulluq, müharibə siyasəti, çatışmayan mariflənmənin nəticədir. Patriarxiya, dövlətçilik və kapitalizmi özündə ehtiva edən istismarçı mexanizmləri pisləyirik! Biz sadaladığımız bu məzlum halların bitməsi üçün əlimizdən gələni edəcək, istəyimizə nail olmadıqca mübarizəmizi dayandırmayacağıq!
Biz öz tələblərimizin sırf özümüzün küçəyə çıxaraq eşidilir və görünür etməli olduğumuzu göstərən bu günkü Bakı yürüyüşdə iştirak edəcək insanları dəstəkləyir və öz həmrəyliyimizi bildiririk!
Qadına qarşı zorakılıq siyasidir!
Rhizom Schwarzer Bete Kollektivi
Aksiya: https://www.facebook.com/events/1136124123253858/?active_tab=discussion