Korrupsiya təkcə avtoritar ölkələrə xas deyil: Strenz və Əliyevi birləşdirən dəyər

30 yanvar 2020-ci ildən etibarən bundestaqın CDU üzvü olan Karin Strenz uzun götür-qoydan sonra öz siyasi toxunulmazlığını itirdi. Səbəb Strenzin repressiv Azərbaycan rejiminə lobbiçilik məqsədi ilə İlham Əliyevdən külli miqdarda pul almasıdır. Bu hal heç də istisna hal deyil. Bu yalnız məsələnin məlum olan hissəsidir.

Karin Strenz İlham Əliyev ailə klanını müdafiə etməsi ilə tanınır. Prezident İlham Əliyevin ailəsi 1990-cı illərin əvvəllərindən hakimiyyətə gəldikdən bəri ifadə və sərbəst toplaşmaq hüququ kimi fundamental hüquqların tətbiqi praktiki olaraq ciddi şəkildə məhdudlaşdırılıb. Hakimiyyət rejim tənqidçilərinə qarşı görünməmiş şiddətli repressiya tətbiq edir, dəfələrlə özbaşına həbslər, siyasi motivli mühakimələr, məhbuslara qarşı pis rəftar, işgəncələrin ardı-arası kəsilmək bilmir. Uydurma ittihamlar əsasında təhdid edilən, vəhşicəsinə döyülən, həbs edilən aktivistlərin, jurnalistlərin və müxalifət düşüncəli insanların saysız-hesabsız halları gündəlik həyatın bir hissəsidir. Buna baxmayaraq, lobbiçilik müqabilində məsələn Karin Strenz Azərbaycan hakimiyyətinin xüsusi rəftarının səfasən çəkir.

Repressiv Prezident Əliyev avropalı siyasətçilər şəbəkəsini onun lehinə hərəkət etməyə çalışaraq ölkənin imicini düzəltmək istəyir. Onun kürü diplomatiyası adlanan bu taktikası çoxdan bəllidir. Karin Strenz də bu şəbəkəyə aiddir. Strenz illərdir Avropa Şurası Parlament Assambleyasının üzvüdür. Bu komitə Azərbaycan kimi ölkələrdə insan hüquqlarına riayət olunmasına nəzarət edir. Strenzkimiləri maraqlandıran əsas əliyevkimilərin xüsusi rəftarıdır, insan haqlarını taptalansa da olar.

2010-cu ildən bəri, Strenzin ilk dəfə Azərbaycanda seçki müşahidə missiyasında iştirak etdiyi zamandan bu yana, o, Bakıya mütəmadi olaraq səyahət etmiş, tez-tez alman iş adamlarını özü ilə Bakıya gətirmişdi. O, 2015-ci ilin may ayında Avropa Oyunları ərəfəsində millət vəkillərindən ibarət nümayəndə heyətini Bakıya gətirmiş və yenidən İlham Əliyevlə görüş təşkil etmişdi. Müzakirə mövzularından biri də TAP və TANAP layihələri idi. Tankred Schipanski (CDU), Heidrun Tempel (Almaniyanın Azərbaycandakı sabiq səfiri, SPD), Johannes Kahrs (SPD), Katrin Kunert (Linke) və Tabea Rößner (Grüne) da bu görüşdə iştirak etmişdi.

2013-cü il prezident seçkilərində AŞPA-nın müşahidə missiyası zamanı Karin Strenz ən azı iki nəfərin getməli olduğu seçki məntəqələrinə yalnız getməyi üstün tuturdu. O, Bakıya daha əvvəl gəlib və AŞPA-nın digər müşahidəçilərindən daha gec gedirdi. Özünün də müsahibələrin birində çox gözəl söylədiyi kimi, Strenz Azərbaycanda öz ürəyini itirmişdi. Əlbəttə, bu da Azərbaycan üçün seçki müşahidə missiyalarının həmişə müsbət nəticə ilə başa çatması mənasına gəlirdi.

Azərbaycan AŞPA-da adıgedən ölkənin məruzəçisini əvvəlcədən əngəllədikdən və nüfuzdan saldıqdan sonra ölkədəki siyasi məhbusların vəziyyətinə dair qətnamənin qarşısını almaq üçün xeyli təzyiq və lobbiçilikdən istifadə etmişdir. Buna avtoritar Əliyev keçmiş CSU dövlət katibi Eduard Lintner tərəfindən təsis edilmiş Line M-Traid şirkətinin dəstəyi ilə nail olmuşdu. Lintner bu layiqli vəzifəni öz üzərinə götürməyi bacardı. Qurduğu şirkətlə seçki müşahidəçilərinin Bakıya səfərlərini maliyyələşdirdi. Avtoritar ölkədə onların çəkinə biləcəkləri bir yer yox idi. Karin Strenz də elə 2010-cu ildə belə bir səfərlərn birində iştirak edərək şəbəkəyə qoşuldu. Line M-Trade razılaşdırılmış vəsaitin Azərbaycandan Almaniyaya köçürülməsi üçün istifadə edilirdi. Ancaq vəsaitlərin konkret hansı fəaliyyətlər üçün köçürüldüyü hələ də məlum deyil. Şirkətə Azərbaycandan şübhəli təşkilatlar vasitəsilə pul axırdı. Lintner 2010-cu ildə Avropa Şurasında səlahiyyətinin sona çatması ərəfəsində də Azərbaycan üçün aktiv fəaliyyət göstərirdi. 2009-cu ilin noyabr ayında Avropa Şurasında Azərbaycan üçün yeni məruzəçi seçilirdi. O zaman Maltadan olan azərbaycanlıyönümlü Debono Grech, Azərbaycana qarşı tənqidi mövqedə olan norveçli Lise Christoffersenə qalib gəldi və postu ələ keçirdi. Ən maraqlısı isə odur ki, məhz Lintner Grechi namizəd kimi irəli sürülmüşdü. 2017-ci ildə bomba partlaması nəticəsində qətlə yetirilmiş Maltadan olan araşdırmaçı jurnalist Daphne Caruana Galizia Maltanın Azərbaycandakı İlham Əliyev rejimi ilə əlaqələrini ehtiva edən araşdırmasında Grenchin də adını hallandırmışdı. Debono Grech AŞPA-da eyni zamanda Azərbaycandan 2,4 milyon alan Luca Volonte və Elxan Süleymanovun siyasi məhbuslarla bağlı hesabatı pozmaq üçün hazırladığı planın bir hissəsi idi.

Debono Grech artıq 2013-cü ildə Azərbaycana səyahət edərkən sadiq fəaliyyətindən dolayı hədiyyə almaqda ittiham olunurdu. Strenz də bu sıralardan gedirə qalmırdı. 2015-ci ildə Avropa Şurasında siyasi məhbusların sərbəst buraxılması çağırışı edildi. Yalnız bir alman millət vəkili əleyhinə səs verdi: Karin Strenz.

Korrupsiya təkcə avtoritar ölkələrə xas deyil. Korrupsiya iqtidar anlayışına xasdır. Çünki hər bir iqtidar anlayışını ehtiva edən institut mütləq despotik olmalıdır, öz aralarında korrupsiya yaradan az adamın əlində mərkəzləşdirməyə meyllidir.

Strenz nümunəsində Almaniya Azərbaycanda həbs edilən, illərlə həbsxanada yatmış, ağılagəlməz şiddətlərə məruz qalan, işgəncə verilən, həyatı repressiv rejim tərəfindən məhv edilən insanlara görə məsuliyyət daşıyır. Gülünc məbləğlər ilə cərimə verib ədalətin bərpa olunduğu üçün insanlardan alqış gözləyən dövlət nəticə etibarı ilə elə Azərbaycandan alınan bəxşişlərdən özü də bəhrələnir. Repressiv rejimdən əziyyət çəkmiş və çəkən insanlara bunun nə faydası var? Sadəcə toxunulmazlığı qaldırıb, gülünc cərimələməklə nəyi göstərməyə çalışırsınız? Bu ciddi bir addım deyil. Ciddi bir addım Azərbaycanla siyasi-iqtisadi əlaqələri boykot etmək olardı, ki, bu da qəliz məsələdir, çünki neft və qaz ehtiyatları insanlardan daha vacibdir.

This entry was posted in Azərbaycanca and tagged , , , , , , . Bookmark the permalink.