Əliyev rejiminə etiraz edən feminist aktivistlərlə həmrəyik!

5 dekabr 2019 tarixində Prezident İlham Əliyev Milli Məclisin buraxılması haqqında sərəncam imzalayıb. Nəticə etibarı ilə bu həftə sonu, 9 fevral 2020, Azərbaycanda parlament seçkiləri baş tutub.

Ənənəyə sadiq qalan bütün seçki məntəqələrinin işçiləri əmrə tabe olaraq səsvermə prosesinin saxtalaşdırılmasında aktiv şəkildə iştirak ediblər. Bu ənənənin yenə də baş verəcəyindən xəbərdar olan müxalif fikirli insanlar seçkilərdə saxtakarlıq hallarını ictimailəşdirməkdən ötürü seçkilərdə müşahidəçi qismində iştirak ediblər. Kütləvi şəkildə saxtakarlıq halları video və şəkil olaraq ictimayyətə çatdırılıb; Bülletenlərin topa şəkildə atılması, qrup səsverməsi, ölmüş insanların adından səsvermə, səslərin sayılması zamanı nəticələrin dəyişdirilməsi və gizlədilməsi halları. Bu hala etiraz edən bir çox müşahidəçilər döyülüb. Seçki müşahidəçilərindən iki insan isə bu proses ərzində döyülərək öldürülüb. Buraxılmış və yenidən seçilmiş parlament arasında heç bir fərq isə yoxdur.

Gənclər seçki nəticələrinə etiraz edirlər

Bir qrup gənclər, jurnalist və aktvistlər saxta seçkilərə etiraz etmək üçün bu gün, 11 fevral Mərkəzi Seçki Komissiyası qarşısında toplaşmışdırlar. Polislər iştirakçıları döyüb, bəzilərinin qabırğalarını sındırılıblar. Sonra isə polislər onları zor tətbiq edərək avtobusla naməlum istiqamətə aparılıblar.

Biz dövlət orqanlarının bu özbaşınalığına etiraz edir, etiraz edən feminist gənclərə qarşı zorakılığı pisləyirik! Biz, Rhizom Schwarzer Bete kollektivi olaraq avtoritar Əliyev ailə hakimiyyətinə etiraz edən gəncləri mübarizəsində dəstəkləyir, faşist polis zorakılığına məruz qalmış aktivistlərlə həmrəyliyimizi bildiririk!

Avtoritarlığa qarşı hər vasitə ilə mübarizə aparan feministlərlə həmrəyik!

Rhizom Schwarzer Bete Kollektivi

 

This entry was posted in Azərbaycanca, General and tagged , , , , , , . Bookmark the permalink.