Tiflisdən Bakıya, oradan Unterlüßə: bütün dünya feministləri militarizmə qarşı!

-Bu bizim 2019-cu il Almaniyanın Unterlüß kəndində baş tutmuş Rheinmetall – entwaffnen – Kampına həmrəylik sözümüzdür. Bu mətn 7 sentyabrda kampa aid aksiyada səslənmişdir-

Tiflisdən Bakıya, oradan Unterlüßə*: bütün dünya feministləri militarizmə qarşı- ataxaqanlığı dağıdaq!

Biz burda iştirak edən bütün dostları salamlayır və sevinclə bildirmək istəyirik ki, bu qədər insanın Unterlüßə gəlməyinə və azad dünya üçün mübarizə istəyinə çox şadıq. 1 sentyabr 2019-dan etibarən ikinci dəfə militarizmə qarşı “Rheinmetall entwaffnen” kampı baş tutur. Biz isə 30 avqustundan indiyə kimi dünyanın çox tez-tez unutduğu bir regiondayıq.

Biz, “RhizomSchwarzerBete” qrupunun feminist kollektivi, hal-hazırda Tiflisidəyik və burada olan feminist aktivistlərlə aktual vəziyyət, ən önəmlisi feminist, antimilitaristik perspektivlər haqqında mübadilə və diskussiya aparırıq. Səfərimiz Bakıdakı feminist aktivistlərlə görüşmək üçün Azərbaycanda davam edəcək.

Militarizm Cənubi Qafqazda da böyük rol oynayır, istər 2008-ci ildəki 5 günlük müharibə ilə bağlı Rusiya ilə konfliktdə olan Gürcüstanda, istərsə də Dağlıq Qarabağ münaqişəsindən dolayı Azərbaycanda və Ermənistanda.

Fikrimizcə, patriarxat, dövlət və kapitalizm arasında əlaqə danılmaz olduğundan adıçəkilən mövzulara feminist bir yanaşma çox vacibdir və labüddür.

Və Rheinmetall da buraya o qədər də uzaq deyil. Məsələn, silahlar və hərbi texnika Səudiyyə Ərəbistana Azərbaycan Silkway Airlines aviaşirkəti tərəfindən çatdırılır.

Buna görə də biz aktivistlər olaraq bir araya gəlib bu mövzuda ümumi əlaqələndirmələri nəzərə almalıyıq.

Unterlüßdə bir şəbəkə yaratdığınız və hər yerdə eyni mübarizəni mümkün qıldığınız kimi biz də Cənubi Qafqazdayıq ki, birlikdə şəbəkə yaradaq və mübarizələri bir araya gətirək!

4000 km məsafəyə baxmayaraq, bizi eyni mübarizə birləşdirir!

Patriarxata, dövlətə, kapitalizmə qarşı

ekoloji, bərabər və azad cəmiyyət naminə birlikdə mübarizə aparaq!

RhizomSchwarzerBete Kollektivi

 

*Təəssüf ki, siyasi səbəblərdən dolayı Yerevana səfər edə bilmirik.

This entry was posted in Azərbaycanca, General and tagged , , , , , , , , , . Bookmark the permalink.