20 Oktyabr 2019 Bakıdakı feminist yürüyüş haqqında bir mətn

20 Oktyabr 2019 Bakıda baş tutmuş “Dözmə, yürüş et!” feminist yürüyüş haqqında onun təsisçilərindən biri bizə hadisə haqqında bir mətn yazmışdı. Biz bu mətni 28 Oktyabrda təşkil olunmuş tədbirdə səsləndirdik.

                                                Bakıdan hadisə haqqında mətn

Statistikaya görə, hər il minlərlə qadın gender zorakılığı zəmnində öldürülür. Əksər hallarda buna polis və məhkəmə kimi dövlət qurumlarının səhlənkar davranışı səbəb olur. Mediada son 5 gündə qadınlara qarşı 12 zorakılıq hadisəsi aşkar edilmişdir. Qurbanlardan 4-ü öldürülmüşdür.

Elə bu zorakılıq hallarına görə feministlər oktyabrın 20-də Bakının mərkəzində yürüş təşkil etdilər. Yürüşün məqsədi qadınlara qarşı zorakılıq probleminin ciddiliyini cəmiyyətin və dövlətin gözü önünə çıxarmaq və qadınlara qarşı zorakılığın qarşısını almaq idi. Yürüşün əsas tələbi Azərbaycan dövləti tərəfindən İstanbul Konvensiyasının (*) qəbul edilməsi və təsdiqlənməsi idi. “Sərbəst toplaşmaq azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, yürüşün təşkilatçıları əvvəlcədən səlahiyyətli icra orqanlarına yazılı şəkildə bildiriş versələr də, lakin onlar yürüşün məqsədəuyğun olmadığını bildirmişdir. Qanuna əsasən, hər aksiyanın təşkilatçıları yalnız icra başçısına məlumat verməli, lakin icazə istəməməlidirlər.

Polis bir gün əvvəl  təşkilatçıları telefonla və ya evlərinə gələrək hədələyirdi. Mitinq icra başçısının əsassız qadağasına və polisin hədələrinə baxmayaraq baş tutdu. Yürüşdə təxminən 150 iştirakçı var idi. Yürüşün əsas şüarları “Zorakılığı dayandırın! Zorakılığa dözməyin! “, ” Qadınları qətl etmə, konvensiyanı rədd etmə!“ idi. Yürüşdən bir neçə saat əvvəl Bakının mərkəzində yüzlərlə polis toplanmışdı. Saat 3-də iştirakçılar görüşəndə ​​polis iştirakçılardan yürüşə başlamamalarını istədi. Polis iştirakçıları vəhşicəsinə dağıtmağa cəhd etsə belə iştirakçılar şüarlar səsləndirməyə yenə də davam etdirdilər. Onlarla iştirakçı yaralanmış və saxlanılmışdı. Qalan nümayişçilər şüarlar qışqıraraq mühasirədə öz tələblərini səsləndirməyə davam edirdilər. Ertəsi gün polis təşkilatçılardan birinin evində yoxlanış apardı. Qapı açıq olduğundan polis icazəsiz evə girərək hamilə qadın da daxil olmaqla təşkilatçının ailəsini təhdid etdi. Bundan əlavə, polis bəzi iştirakçıların ailələri ilə əlaqə qurub və onları da təhdid ediblər.

Etirazçılar hazırda onların dinc etiraz hüquqlarının pozulduğuna görə məhkəməyə müraciət etməyi planlaşdırırlar.

* İstanbul Konvensiyası: 2011-ci ildə hazırlanmış qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı Avropa Şurası Konvensiyası, beynəlxalq müqavilə. Bu konvensiya qadınlara qarşı zorakılığa və məişət zorakılığına qarşı məcburi hüquqi normaları müəyyən edir.

 Facebook: https://www.facebook.com/events/1136124123253858/

This entry was posted in Azərbaycanca and tagged , , , , , . Bookmark the permalink.