Tiflisdə ilk Pride yürüyüşü

8 iyul 2019 il Gürcüstanda ilk Pride yürüyüşü sonunda baş tutdu! Tiflisdə Daxili Işlər Nazirliyinin önündə toplaşan təqribən 40 nəfər homofobiya və transfobiyaya qarşı, xüsusilə də dövlət siyasətinə qarşı öz etirazlarını bildirdilər.

Pride’ın, demək olar ki, qeyri-siyasi kontekstə kütləvi bir yürüyüş kimi həyata keçirildiyi Avropa ölkələrindən fərqli olaraq Tiflis Pride öncədən bir neçə problemlərlə üzləşdi. Yalnız burjua cəmiyyət çərçivəsində bərabər hüquqlar naminə mübarizə aparmaq nə qədər tənqidi olsa da, avtoritar ölkələrdə bu mübarizə ölüm qalım məsələsidir. Gürcüstanda da bərabər vətəndaş hüquqları uğrunda mübarizə problemin kökündə duran məsələlərdən biridir.

Amma nə baş verdi? Əslində Gürcüstan tarixində ilk olan Pride yürüyüşü 22 iyun tarixinə müəyyən edilmişdi. Amma bundan əvvəl parlament önündə etiraz aksiyaları başladı. Etirazlara səbəb isə Rusiya Dövlət Dumasının üzvü Serqey Gavrilovun Gürcüstan parlamentində keçirilən tədbir zamanı gürcü spikerin yerində oturması oldu. Nəticə etibarilə minlərlə insan pro Rusiya siyasəti yürüdən gürcü rəsmilərə qarşı etirazlara başladılar. Tələblərdən biri Daxili İşlər Nazirinin istefa etməsi idi. Etirazlar polislər tərəfindən şiddətli şəkildə yatırıldı. Çoxlu yaralılar və bir gözünü itirən iki iştirakçı var idi.

Bu etirazlar Gürcüstandakı ümumi siyasi qarşıdurmanın bir hissəsi olsa da, ancaq getdikcə hökuməti tənqid atmosferi getdikcə artmağa başlayırdı.

Onsuz da illərdir ki, millətçilər və neonasistlər tərəfindən LGBTİQ* icması üçün böyük bir təhlükə var. Bu dəfə də xristian pravoslav kiləsi bu yürüyüşün qadağan olunmasını istədi. Yürüyüşdən əvvəl təşkilatçılara qarşı təhdidlər get-gedə artır, dövlət isə onların təhlükəsizliyini təmin etməkdən boyun qaçırırdı. Təşkilatçılar iğtişaşlar səbəbindən nümayişçilərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəklərindən 22 iyun Pride yürüyüşünü təxirə salmalı oldular. Sonra isə Daxili İşlər Nazirliyindən yürüyüşün baş tutması üçün nə zaman əməkdaşlıq edəcəyi soruşsalar da, dövlət əməkdaşlıqdan imtina edib təşkilatçılara cavab vermədi. 7 iyulda isə Tiflis Pride yürüyüşünün “təxribat xarakterli” olduğunu,  yürüyüşün hökumət əlehinə etirazlarla əlaqəli olduğunu bildirdi. Beləliklə, Pride həmişəkindən daha çox hökuməti tənqid edən bir qrupa çevrildi.

8 iyulda iki nümayiş baş verdi. Bunlardan biri Daxili İşlər Nazirliyi önündə kiçik Pride nümayişi, digəri isə millətçilərin nümayişi idi.

Pride yürüyüşü planlaşdırıldığından fərqli şəkildə baş versə də, bu, yenə də bir uğurdur. Bu bir uğurdur, ona görə ki, insanlar həmrəy olaraq mübarizə üçün cəsarət tapıb, küçəyə toplaşdılar. Ona görə ki, iştirakçılar LGBTİQ* mövzusunda müzakirələrin cəmiyyətdə daha çox yer alıb, beləliklə, daha çox görünümlük əldə ediləsinə cəhd etdilər. Bu uğur mövcud şərtlərə qarşı görünən bir müqavimətdir!

Ən nəhayət xatırlamalıyıq ki, yalnız öz hakimiyyət maraqlarını güdən dövlətdən hansısa dəyişiklik gözləməməliyik. Gürcüstanda baş verənlər bir daha göstərdi ki, hökümət öz hakimiyyət maraqlarını güdüb, eyni zamanda Gürcüstan cəmiyyətində geniş yayılmış millətçi fikirləri təmsil edərək Avropa Birliyinə daxil olmaq üçün özünü liberal göstərməyə çalışması ölkə siyasətinin bir parçasıdır.

Biz öz tələblərimizi sırf özümüzün küçəyə çıxaraq eşidilir və görünür etməli olduğumuzu bizə bir daha göstərən Gürcüstandakı mütərəqqi qüvvələri dəstəkləyir və öz həmrəyliyimizi bildiririk!

Rhizom Schwarzer Bete

This entry was posted in Azərbaycanca. Bookmark the permalink.